×
A
A
A
Sazlamalar

Gümüş istehsalı 13,3 faiz artıb

Bakı, 24 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3645,5 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Noyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 133,5 kiloqram təşkil edib.

 

Sənaye 2020-11-24 14:10:00