×
A
A
A
Sazlamalar

Təcavüzkar Ermənistanın riyakar çıxışları Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələrini qəzəbləndirir

Bakı, 24 noyabr, AZƏRTAC 

Multikultural ənənələrə sadiq olan Azərbaycan Hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasətini prioritet istiqamət kimi dəyərləndirir və nəinki ölkə daxilində, hətta dünyanın müxtəlif bölgələrində, o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Hazırda Ermənistan Azərbaycana qarşı dini mövzuda yalan təbliğat aparır, işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdılmasına yönələn addımların atıldığını iddia edir, öz təxribatını ölkəmizin adına yazmağa cəhd göstərir. Bu qədər real faktların müqabilində təcavüzkar Ermənistanın davamlı riyakar çıxışları, feyk xəbərləri, özünü məzlum göstərən yalan informasiyaları Azərbaycan vətəndaşlarının, tolerant, multikultural ölkədə yaşayan bütün dini konfessiya nümayəndələrinin haqlı qəzəbinə səbəb olur”.

Siyasət 2020-11-24 14:04:00