×
A
A
A
Sazlamalar

Rusiyada bir gündə 491 nəfər koronavirusdan həyatını itirib

Moskva, 25 noyabr, AZƏRTAC

Rusiyada ötən gün 24 326 koronavirus xəstəsi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 138 828 nəfərə çatıb.
Bir gündə 23 226 nəfər sağalıb, ölənlərin sayında antirekord qeydə alınıb - 491 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 634 671 xəstə sağalıb, 37 031 nəfər ölüb. Hazırda 467 126 aktiv xəstə var.
Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 5 838 nəfər artıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2020-11-24 13:20:00