×
A
A
A
Sazlamalar

Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birinci yerdədir

Tbilisi, 24 noyabr, AZƏRTAC

Gürcüstan əhalinin hər yüz min nəfərinə düşən koronavirusa yoluxma faktına görə dünyada birinci yerdədir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, son həftə ərzində Gürcüstanda COVID-19 virusunun yayılması orta hesabla 3579,1 fakt təşkil edib və bu da, əhalinin hər 100 000 nəfərinin 95,9-u deməkdir.
Bu göstərici ilə Gürcüstan yoluxma sayına görə bütün dövlətlərdən qabaqdadır.
Siyahıda Gürcüstandan sonrakı yerləri Lüksemburq, Çernoqoriya, Serbiya, Andorra, Slovakiya, Avstriya, Xorvatiya və digər ölkələr gəlir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-11-24 13:16:00