×
A
A
A
Sazlamalar

Türkiyədə dövlət qurumlarına ziyan vurmaqda şübhəli bilinən 70 nəfər saxlanılıb

İstanbul, 24 noyabr, AZƏRTAC

Türkiyənin 13 vilayətində ölkənin dövlət qurumlarına ziyan vurmaqda şübhəli bilindiyi üçün axtarışda olan şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat ölkənin Kocaeli, İstanbul, Ankara, İzmir, Batman, Çanaqqala, Dənizli, Ərzurum, Manisa, Mərsin, Sakarya, Şanlıurfa və Tekirdağ vilayətlərində aparılıb. Bu əməliyyat nəticəsində ümumilikdə 70 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-11-24 12:58:00