×
A
A
A
Sazlamalar

Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Bakı, 24 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrindən ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın 10 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Yunanıstan olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 3 milyard 880,1 milyon ABŞ dolları, Xorvatiyaya 448,8 milyon dollar, Yunanıstana isə 432,5 milyon dollar olub.

İqtisadiyyat 2020-11-24 12:38:00