×
A
A
A
Sazlamalar

Vladimir Zelenski koronavirusdan sağalıb

Kiyev, 24 noyabr, AZƏRTAC

Koronavirusa yoluxan Ukrayna Prezidenti Vladimir Zelenski müalicəsini başa vurub və adi iş rejimində fəaliyyətə başlayıb. Zelenski bir müddət müalicədən sonra təkrar test verib. Təkrar testin cavabında Ukrayna Prezidentində koronavirus aşkarlanmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat verib.
Qeyd edək ki, Ukrayna Prezidenti noyabrın 11-dən xəstəxanaya yerləşdirilmışdi və koronavirusa görə müalicə alırdı.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-11-24 12:26:00