×
A
A
A
Sazlamalar

Türkiyənin Ombudsman təşkilatı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinə dair xüsusi raport hazırlayıb

Ankara, 24 noyabr, AZƏRTAC

Türkiyə Respublikasının Ombudsman təşkilatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi raport hazırlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi hücumlara dair faktlar, raket və artilleriya zərbələri nəticəsində baş verən tələfat və dağıntıları əks etdirən acı həqiqətlər, bütün bu hadisələr zamanı insanlığa qarşı törədilən bəşəri cinayətlər əksini tapıb.
Bildirilir ki, raport bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə də Türkiyə və dünya birliyində insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.
Xatırladaq ki, Türkiyə Respublikasının baş ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2020-11-24 12:15:00