×
A
A
A
Sazlamalar

ABŞ Prokurorluğu Filadelfiya mafiyasının üzvləri olması ehtimal edilən 15 nəfər barəsində ittiham irəli sürüb

Vaşinqton, 24 noyabr, AZƏRTAC

Noyabrın 23-də Filadelfiyanın federal prokurorları Filadelfiyada və Nyu-Cersi ştatının cənub hissəsində fəaliyyət göstərən mafiyanın üzvləri olması ehtimal edilən 15 nəfər barəsində ittiham aktı təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, 55 yaşlı mafiya lideri Stivi Mattsonenin rəhbərlik etdiyi məşhur “La Koza Nostra” qruplaşmasına mənsub olmaları ehtimal edilən mafiya üzvləri son 5 ildə Filadelfiyada və Atlantik-Sitidə bukmeykerlik və sələmçilik fəaliyyətində ittiham edilir.
Mafiyanın üzvlərindən on nəfəri reketdə, beş nəfəri qanunsuz oyun müəssisələri təşkil etməkdə, fırıldaqçılıqda və qadağan olunmuş narkotiklərin satışı məqsədilə əlbir olmaqda təqsirləndirilir. Müttəhimlərin bir qismi onlara Filadelfiyada saxta narkotiklər satmış cinayət yoldaşlarını oğurlamaq və onu öldürmək məqsədilə əlbir olmaqda ittiham edilir.
Müttəhimlər qanunsuz qumar oyunları üzrə borca düşmüş adamlardan 400 faizdən çox faiz dərəcəsi üzrə borcları almaqda və qadağan olunmuş narkotiklərin yayılmasında ittiham edilir.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-11-24 12:04:00