×
A
A
A
Sazlamalar

İdarəetmə Sistemləri İnstitutunun alimi onlayn beynəlxalq konfransda məruzə edib

Bakı, 24 noyabr, AZƏRTAC

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının təşkil etdiyi “Yaşlılıq: bilik, təcrübə və təcrübə” mövzusunda XV beynəlxalq onlayn konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, professor Q.İmanov konfransın 4-cü sessiyasının moderatoru olub və “Ölkə inkişafının keyfiyyətli qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında iqtisadi göstəricilərdən (adambaşına düşən ümumi daxili məhsul, yaşayış səviyyəsi, dayanıqlı inkişaf, əhatəli inkişaf və s.) istifadə edərək ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirə bilən müxtəlif indekslər təklif edib. Bu alqoritm ölkə inkişafının yalnız kəmiyyət deyil, həm də keyfiyyət səviyyəsini təyin etməyə imkan verir.
Təklif edilən metodologiyadakı sosial-iqtisadi inkişaf səviyyəsi indeksinin hesablanması 2015-2018-ci illər üçün Azərbaycanın statistik məlumatları əsasında həyata keçirilib.

Elm və təhsil 2020-11-24 11:54:00