×
A
A
A
Sazlamalar

Azərbaycan alimi beynəlxalq konfransın texniki komitəsinin üzvü seçilib

Bakı, 24 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Kompüter Elmləri və İnformasiya Texnologiyaları üzrə Avropa Konfransının (European Conference on Computer Science and Information Technology – ECCSIT 2021) texniki komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyulun 9-11-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək konfrans süni intellekt, avtomatlaşdırılan proqram mühəndisliyi, bioinformatika, kompüter qrafikası və virtual reallıq, kompüter şəbəkələri, Data Mining, rəqəmsal kitabxana, e-ticarət və e-idarəetmə, ekspert sistemlər, insan-kompüter qarşılıqlı əlaqəsi, neyroşəbəkələr, proqramlaşdırma dilləri, sistem təhlükəsizliyi və s. mövzuları əhatə edir.

Elm və təhsil 2020-11-24 11:04:00