Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb VİDEO
Ağdam, 23 noyabr, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO