Qlobal miqyasda enerji investisiyaları 18 faiz azalıb
Bakı, 23 noyabr, AZƏRTAC
Qlobal miqyasda enerji sektoruna investisiyalar 18 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O qeyd edib ki, pandemiya təbii qaz və kömür sektorunda ciddi problemlər yaradıb, ancaq bərpaolunan enerji sektoru qlobal enerji tələbatındakı azalmaya müqavimət göstərə bilir. Xüsusilə günəş enerjisi sektoru bütün dünyada sürətlə böyüyür. Günəş enerjisi dünyada quraşdırılmış bütün elektrik stansiyalarının 50 faizini təşkil edir.
“Dünyada enerji sektoruna investisiyalar görünməmiş dərəcədə azalıb. Belə ki, qlobal miqyasda enerji investisiyalarında 18 faiz azalma qeydə alınıb”, - deyə o vurğulayıb.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək