×
A
A
A
Sazlamalar

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar

Bakı, 23 noyabr, AZƏRTAC

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

 

Hadisə 2020-11-23 13:30:00