×
A
A
A
Sazlamalar

“Brent” neftinin qiyməti son 12 həftənin maksimumuna yüksəlib

Bakı, 23 noyabr, AZƏRTAC

Londonun ICE birjasında “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 12 həftənin maksimumuna çatıb.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti COVID-19-a qarşı peyvəndlə bağlı nikbin gözləntilər fonunda sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Hazırda “Brent” neftinin bir barreli London birjasında 45,70 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,02 dollara satılır.

Neft - qaz 2020-11-23 12:03:00