×
A
A
A
Sazlamalar

Meyvə-tərəvəz idxalı cüzi artıb

Bakı, 23 noyabr, AZƏRTAC
Cari ilin 10 ayında ölkəyə 275,6 min ton meyvə-tərəvəz idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 158,8 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında 153,1 milyon dollarlıq 274 min ton meyvə-tərəvəz idxal edilib.

İqtisadiyyat 2020-11-23 11:04:00