×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 21 noyabr, AZƏRTAC 

Yanvar-oktyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 6627,5 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artıb.
Noyabrın 1-nə olan vəziyyətə əsasən, 418,9 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2020-11-21 13:05:00