×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri Qarabağda humanitar məsələləri müzakirə ediblər

Bakı, 20 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev noyabrın 20-də Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.
Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Sosial 2020-11-20 14:35:00