×
A
A
A
Sazlamalar

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızda xüsusi karantin rejiminin müddəti dekabrın 28-i saat 06:00-dək uzadılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində noyabrın 21-22, 28-29-da və dekabrın 5-6, 12-13, 19-20, 26-27-də bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Noyabrın 21-22-si üçün isə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

 

Sosial 2020-11-20 11:57:00