×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub

Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonundan foto və videomateriallar gün ərzində təqdim olunacaq.

Ordu 2020-11-20 08:00:00