×
A
A
A
Sazlamalar

Tərtərdə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə reydlər davam etdirilir

Tərtər, 19 noyabr, AZƏRTAC

Tərtər rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə reydlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xidmət obyektlərində, ticarət və iaşə mərkəzlərində, əhalinin daha çox toplaşdığı məkanlarda, avtonəqliyyat vasitələrinə keçirilən reyd zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları barədə vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, tibbi gigiyenik vasitələrdən istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb.
Bildirilib ki, əhalinin sıx toplaşdığı məkanlarda sanitar rejimin tələbləri gözlənilməli, xidmət obyektlərində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə olunmalı, insanlarla təmas zamanı iki metrlik ara məsafəsi gözlənilməli, bütövlükdə xüsusi karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət olunmalıdır.
Keçirilən reyd nəticəsində karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb.

Regionlar 2020-11-19 17:07:00