×
A
A
A
Sazlamalar

Ermənilər tərəfindən Cocuq Mərcanlıda törədilən dağıntıların vurduğu ziyan araşdırılır VİDEO

Cəbrayıl, 18 noyabr, AZƏRTAC

Erməni təxribatı nəticəsində atəşə məruz qalan ərazilərdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi oldu. Hazırda kənddə qeydə alınan dağıntılar araşdırılaraq qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, erməni hərbi birləşmələri tərəfindən dinc əhalinin yaşadığı ərazilərin atəşə tutulması nəticəsində Cocuq Mərcanlı kəndində xeyli dağıntı qeydə alınıb. Kəndin ağır artilleriya və raketlərlə vurulması evlərin, sosial obyektlərin və infrastrukturun dağılmasına səbəb olub. Hazırda kənd ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün işçi qrupu tərəfindən araşdırma aparılır.
İşçi qrupun rəhbəri İsmayıl Zeynalov bildirib ki, Cocuq Mərcanlıda da işçi qrupu fəaliyyətini davam etdirir. Fərdi evlərə və obyektlərə dəyən ziyanın təyin edilməsi istiqamətində qiymətləndirmə aparılır. Gördüyünüz bu mağaza düşmən tərəfindən atılan mərmi nəticəsində tamamilə dağılıb və yararsız hala düşüb. Bu bina tamamilə bərbad vəziyyətdədir. Ümumiyyətlə, kənd üzrə siyahıda dağıntı qeydə alınan 44 fərdi ev və sosial obyektlər var. Bu səpkidə araşdırma və qiymətləndirmə davam etdirilir və qısa müddətdə işlərin başa çatdırılması nəzərdə tutulub.

Regionlar 2020-11-18 16:30:00

Video