×
A
A
A
Sazlamalar

Cəlilabadın pambıq sahələrindən indiyədək 979 ton “ağ qızıl” yığılıb

Cəlilabad, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun pambıq tarlalarında məhsul yığımı kampaniyası davam edir. İndiyədək sahələrdən 979 ton “ağ qızıl” yığılıb. Pambıq sahələrinin hər hektarından götürülən məhsuldarlıq 20,2 sentner təşkil edib.
Bu barədə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda pambıq yığımı kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər kombayn və canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilib.
Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarlalarından 1259 ton məhsul yığılıb, hər hektardan götürən məhsuldarlıq 24,8 sentner təşkil edib.

Regionlar 2020-11-18 13:02:00