×
A
A
A
Sazlamalar

Doqquz ay ərzində Azərbaycanda 2548 əkiz doğulub

Bakı, 18 noyabr, AZƏRTAC

Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 95 min 399 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2548-i əkiz, 84-ü üçəm, dördü isə dördəmdir.
Doqquz ay ərzində ölkədə 46 min 995 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

 

Sosial 2020-11-18 12:51:00