×
A
A
A
Sazlamalar

Şəhid ailələrinə və müharibə əlillərinə qayğı dövlətimizin əsas vəzifəsidir VİDEO

Bakı, 18 noyabr, AZƏRTAC

Vətən uğrunda canını fəda etmiş insanların ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərilməsi ümummilli lider Heydər Əliyevin dövlətimiz qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Bu gün hər bir şəhid ailəsinin, müharibə əlilinin ən yüksək səviyyədə qayğı ilə əhatə olunması da ulu öndərin müdrik siyasi kursuna sadiqliyin daha bir nümunəsidir. Əminliklə deyə bilərik ki, onun müəllifi olduğu sosial siyasət uğurla davam və inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx da həmin mövzunu özündə ifadə edir.

 

Sosial 2020-11-18 11:20:00

Video