×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək

Bakı, 17 noyabr, AZƏRTAC

Dekabrın 4-dən 6-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" və "NewSpace" şirkətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir “İDRAK Texnoloji Transfer” MMC-nin və “Paşa Bank”ın sponsorluğu ilə reallaşdırılacaq.
Ölkəmizdə ilk dəfə və onlayn formada keçiriləcək tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulacaq.
Tədbirin əsas məqsədləri sırasında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.
Hakatonda iştirak etmək istəyənlər noyabrın 30-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: globaldeftech.com

Sosial 2020-11-17 16:28:00