×
A
A
A
Sazlamalar

Kimya sənayesində məhsul buraxılışı 13 faizdən çox artıb

Bakı, 17 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda kimya sәnayesi, әczaçılıq mәhsullarının, rezin vә plastik kütlә mәmulatlarının istehsalı sahәlәrindә 901 milyon manatlıq mәhsul istehsal edilib. Əvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә mәhsul buraxılışı әczaçılıq mәhsullarının istehsalında 8,8 dәfә, rezin vә plastik kütlә mәmulatlarının istehsalında 19,1 faiz, kimya sәnayesindә isə 13,2 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,3 dəfə, bərk polipropilen boruların istehsalı 14,8 faiz artıb.

Sənaye 2020-11-17 16:02:00