“İnkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq sertifikatlaşması” proqramının ilkin mərhələsinə başlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən “İnkubasiya və innovasiya mərkəzlərinin sertifikatlaşması” proqramının birinci mərhələsinə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə ali təhsil ocaqları ilə kommunikasiyalar qurulub və orada mövcud infrastrukturun və maddi-texniki bazanın qiymətləndirilməsinə yönlənmiş müvafiq onlayn sorğu aparılıb.
Proqram çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Həmçinin onların koordinatorlarının müvafiq təhsil alması və sertifikatlaşdırılması təşkil olunacaq.
Proses ümumilikdə 4 mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə innovasiya mərkəzlərinin qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə orada çalışan koordinatorların sertifikatlaşdırılması, son mərhələdə isə mərkəzlərin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb