×
A
A
A
Sazlamalar

Metanol istehsalı 14,2 faiz artıb

Bakı, 17 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 79,7 min ton propilen (ondan əmtəəlik 75,5 min ton), 106,4 min ton polietilen, 102,1 min ton etilen, 411,7 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 13,2 faiz artıb. Noyabrın 1-nə 2,7 min ton propilen, 3,5 min ton polietilen və 10 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 14,2 faiz, propilen istehsalı 6,7 faiz, etilen istehsalı 4,2 faiz artıb.

 

Sənaye 2020-11-17 13:57:00