×
A
A
A
Sazlamalar

Bu il 60,4 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 16 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycandan 92,3 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 60,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

 

Sənaye 2020-11-16 17:36:00