×
A
A
A
Sazlamalar

On ayda 67,1 min ton polipropilen ixrac edilib

Bakı, 16 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 67,1 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 54,4 milyon ABŞ dolları olub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

Sənaye 2020-11-16 17:24:00