×
A
A
A
Sazlamalar

Cari ildə 70 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycandan 492,1 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 70 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında ölkədən ixrac olunan 433,7 min ton kimya məhsullarının dəyəri 86,5 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-11-16 17:17:00