×
A
A
A
Sazlamalar

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Ordu 2020-11-15 12:44:00