×
A
A
A
Sazlamalar

Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər

Bakı, 13 noyabr, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşamdan noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 15-i axşam şərq rayonlarında, noyabrın 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu tədricən 5-7° enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Ekologiya 2020-11-13 14:49:00