×
A
A
A
Sazlamalar

“Azercell” Şuşa şəhərində mobil şəbəkəsini işə salıb

Bakı, 12 noyabr, AZƏRTAC

“Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyalarını qurub. Artıq “Azercell” şirkəti Şuşa şəhərində mobil şəbəkəsini işə salıb.
Bu barədə AZƏRTAC-a “Azercell Telekom” MMC-nin korporativ ünsiyyət departamentinin direktoru Nigar Şıxlinskaya deyib.

İKT 2020-11-12 11:37:00