×
A
A
A
Sazlamalar

Azərbaycan vətəndaşları tarixi qələbə münasibətilə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirlər

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-u Azərbaycan xalqı üçün böyük Qələbə günüdür. Bu günü bizə yaşadan xilaskar ordumuz və Müzəffər Ali Baş Komandanımızdır. Qüdrətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə də əzəmətlə dalğalanır. Bütün bu hissləri xalqımıza yaşadan ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
AZƏRTAC xəbər verir ki, Qələbə günündə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilir, xatirəsi anılır. İnsanlar Ümummilli Liderin məzarını ziyarət etməyi özlərinin mənəvi borcu hesab edirlər.

Sosial 2020-11-10 19:30:00