×
A
A
A
Sazlamalar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xalqımızın zəfər gününə həsr olunmuş aksiya keçirir

Bakı, 10 noyabr, AZƏRTAC

Qırx dörd gün davam edən hərbi əməliyyatların gedişində rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək döyüş əmri verən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri 30 il erməni əsarətində qalan torpaqlarımızı azad etdi. Noyabrın 10-da Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı.
AZƏRTAC xəbər verir ki, xalqımızın bu böyük qələbəni coşqu ilə bayram etdiyi bir gündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bununla bağlı aksiyaya başlayıb. Üzərində “Qarabağ Azərbaycandır!” və “Erməni Terroruna Son!” şüarları yazılmış maykalar və Azərbaycan bayrağının rənglərinə boyanmış tibbi maskalar hazırlanaraq paylanılıb.
Aksiyaya AZƏRTAC-ın əməkdaşları da qoşulublar.

Sosial 2020-11-10 15:21:00