Nazirlik: düşmən sosial şəbəkələrdə saxta elanlar yerləşdirir
Bakı, 10 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti “fişinq” kampaniyasını qeydə alıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə “Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan” başlığı ilə saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları “tələ”yə salmaqdır.
Belə ki, elanda göstərilən keçidə (“sites.google.com”) daxil olan istifadəçidən anket formasını doldurması istənilir və anketi dolduran istifadəçi zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına “zərərli proqramlar” (adware) yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.
Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına “pop-up” menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və elanın sağ küncündə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər. Həmçinin bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb