×
A
A
A
Sazlamalar

Mingəçevirdə yaşayış yerini tərk edən COVID–19 virusuna yoluxmuş iki nəfər barədə araşdırmalara başlanılıb

Bakı, 9 noyabr, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinə COVID–19 virusuna yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakinləri V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin olunub, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər. Polis əməkdaşları karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanovanın və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısını alıblar. Onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxs barədə Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Sosial 2020-11-09 13:25:00