×
A
A
A
Sazlamalar

Ölkəmizdə rayon və şəhərlər üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

Bakı, 8 noyabr, AZƏRTAC 

Ölkəmizdə COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yoluxmanın 54,4 faizi Bakının payına düşür.
Sonrakı yerlərdə - Abşeron 14,1 faiz, Aran 10,7 faiz, Gəncə-Qazax 7,0 faiz, Lənkəran 4,0 faiz, Şəki-Zaqatala 3,2 faiz, Quba-Xaçmaz 2,9 faiz, Dağlıq Şirvan 1,8 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Naxçıvan 0,07 faiz.
Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.
Ən yüksək göstərici Binəqədidə - 14,6 faiz qeydə alınıb. Sonrakı yerlərdə 12,8 faizlə Xətai, 11,5 faizlə Yasamal, 11 faizlə Sabunçu, 8,4 faizlə Nəsimi, 8,2 faizlə Suraxanı, 7,3 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,5 faizlə Qaradağ, 6,2 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı gəlir.

 

Sosial 2020-11-08 10:31:00