×
A
A
A
Sazlamalar

YAP dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə yardım aksiyasını davam etdirir

Bakı, 7 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) “Birlikdə güclüyük” kampaniyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məskənlərimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə yardım aksiyasını davam etdirir.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 7-də Yeni Azərbaycan Partiyasının nümayəndələri Bərdə şəhərinə səfər edib, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində həlak olmuş vətəndaşlarımızın ailələrini ziyarət ediblər.
Partiyanın təmsilçiləri səfər çərçivəsində şəhərin bombardman edilməsi nəticəsində evləri dağılmış ailələri də ziyarət edib, onların problemləri ilə maraqlanıblar.

Sosial 2020-11-07 19:30:00