® “Azercell” “iPhone 12” və “iPhone 12 Pro” alan abunəçilərə 3 ay ərzində 50 GB internet hədiyyə edir
Dünyada ən güclü performansa malik “iPhone 12” və “iPhone 12 Pro” telefonları “Azercell Eksklüziv” mağazalarında artıq satışdadır. “Azercell” ənənəvi olaraq “iPhone” pərəstişkarlarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini “Apple” brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır. Lider mobil operator “Azercell Eksklüziv” mağazalarından “iPhone 12” və “iPhone 12 Pro” smartfonlarını əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir.
Xatırladaq ki, ölkənin rəqəmsal həllər təqdim edən mobil operatoru “Azercell Telekom” MMC, həm də Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən “iPhone” telefonları bu dəfə A14 çipi, “LiDAR” skaneri, genişləndirilmiş funksionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.
Yeni “iPhone” smartfonlarının açdığı sərhədsiz imkanları “Azercell” ilə kəşf edin!
Əlavə məlumat üçün “https://www.azercell.com/az/personal/devices/iPhone12Pro” səhifəsinə keçid etməniz xahiş olunur.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb