×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ olub

Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb. Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Ekologiya 2020-11-03 21:55:00