×
A
A
A
Sazlamalar

Paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 3 noyabr, AZƏRTAC

Doqquz ayda Bakının kimya sənayesində məhsul buraxılışı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-sentyabr aylarında paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 277,6 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 12,6 faiz, əczaçılıq məhsullarının istehsalında 5,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 63,2 faiz artıb.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 63,6 faiz, oksigen istehsalı 29,5 faiz, lak boya məmulatlarının istehsalı 42,1 faiz azalıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 8 faiz, plastik borular, borucuqlar, şlanqlar üçün fitinqlərin istehsalı isə 2,4 dəfə artıb.

 

Sənaye 2020-11-03 17:14:00