×
A
A
A
Sazlamalar

Gürcüstanda parlament seçkiləri başa çatıb

Tbilisi, 31 oktyabr, AZƏRTAC

Gürcüstanda keçirilən parlament seçkiləri saat 20:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, seçki məntəqələri səhər saat 7:0-da açılıb, səsvermə isə saat 8:00-da başlayıb.
Yalnız kovid-məntəqələrdə səsvermə saat 21:00-da başa çatacaq.
Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini tezliklə açıqlanacağını bildirib.
Amma müxalifət artıq Gürcüstan parlamentinin qarşısında aksiyaya başlayıb. Aksiyada on mindən çox insanın iştirak edəcəyi gözlənilir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-31 20:47:00