×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Bakı, 31 oktyabr, AZƏRTAC

UEFA Avropa Liqasında həftənin oyunçusu bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu ada Avstriyanın “Volfsburq” klubunun yarımmüdafiəçisi Mixael Lindl layiq görülüb. Otuz beş yaşlı futbolçu qrup mərhələsinin ikinci turunda Niderlandın “Feyenoord” komandası ilə səfər matçında (4:1) het-trik edib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi ilə müəyyənləşir.

İdman 2020-10-31 18:35:00