×
A
A
A
Sazlamalar

Yardımlıda koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir

Yardımlı, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Yardımlı Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə rayonda yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə növbəti reyd keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun xidmət obyektlərində-ticarət və iaşə mərkəzlərində, əhalinin daha çox toplaşdığı məkanlarda, avtonəqliyyat vasitələrinə keçirilən reyd zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları barədə vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, tibbi gigiyenik vasitələrdən istifadənin zəruriliyi onların diqqətə çatdırılıb.
Bildirilib ki, əhalinin sıx toplaşdığı məkanlarda sanitar rejimin tələbləri gözlənilməli, xidmət obyektlərində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə olunmalı, insanlarla təmas zamanı iki metrlik ara məsafəsi gözlənilməli, bütövlükdə xüsusi karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət olunmalıdır.
Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozanlar qanuna müvafiq cəzalandırılıblar.

Regionlar 2020-10-31 18:06:00