×
A
A
A
Sazlamalar

Türkiyənin “Büro-iş” Həmkarlar Birliyi Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dair bəyanat qəbul edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Türkiyənin “Büro-iş” Həmkarlar Birliyi Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dair bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
“Biz bank, sığorta və digər xidmət sektorunda çalışan dövlət qulluqçularının Həmkarlar Birliyi olaraq daim Vətən, dövlət uğrunda mübarizə aparan, həmçinin əmək hüquqlarını qoruyan fəal və yüksək nüfuza malik müstəqil bir təşkilat kimi bildiririk ki, siz işğal altındakı torpaqlarını azad etməklə Ermənistana və onun havadarlarına qarşı ədalətli və şərəfli mübarizə aparırsınız.
Biz hər zaman ölkəmizin can Azərbaycanın yanında olduğunu dilə gətirməkdən şərəf duyuruq. İfadə etdiyimiz sözləri əməldə həyata keçirməyə də hər zaman hazır olduğumuzu bəyan edirik.
Hörmətlə,
Alay Hamzaçelebi, “Büro-iş” Xidmət sektorundakı dövlət qulluqçularının Həmkarlar Birliyinin sədri
Türkiyə Respublikası, Ankara şəhəri”.

Cəmiyyət 2020-10-31 16:39:00