Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Səbail”in qapıçısı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakının “Səbail” futbol klubunun qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı qapıçı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.
Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belə olan halda isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.
Onun əvəzinə düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.

İdman 2020-10-31 15:49:00