×
A
A
A
Sazlamalar

Doqquz ayda ölkədən avtomobil nəqliyyatı ilə 980,2 min ton yük göndərilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 980,2 min ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 1 milyon 724,4 min ton təşkil edib.

 

Nəqliyyat 2020-10-31 15:50:00